Azərbaycan Ordusunun bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edirlər. Yanvarın 29-na keçən gecə cəbhədə köklü dəyişikliklər baş verməmişdir. Döyüşlər əsasən lokal xarakter daşıyır.
Yanvarın 28-də, günün ikinci yarısında Zəngilan rayonunun Kolluqışlaq və Cəbrayıl rayonunun Sur kəndləri istiqamətlərində pulemyot və avtomatlardan atışmalar qeydə alınıb. Füzuli cəbhəsində Uryandağ-Qızılqaya səmtindəki topçularımız düşmənin mövqelərinə zərbələr endirərək onların atəş nöqtələrini susdurmuşdur.
Tovuz, Gədəbəy, Qazax, Ağstafa bölmələrində ötən gecə nisbi sakitlik olmuşdur.
Bu gün Hava Hücumundan Müdafiə Qüvvələrimiz Azərbaycan səmasına soxulmuş daha 2 düşmən vertolyotunu məhv ediblər.