Yanvarın 30-na keçən gecə və bu gün cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib. Yanvarın 28-də ermənilərin Xocavənd rayonu istiqamətindəki mövqelərimizə hücumu dəf edilib. Döyüş vaxtı düşmənin 1 PDM-i sıradan çıxarılıb. Dünən yanvarın 29-da erməni silahlı birləşmələri Kuropatkino tərəfdən Nərgiztəpə yaxınlığındakı mövqelərimizə yenidən hücum etmək üçün cəhd göstərib. Düşmənin bu cəhdinin də qarşısı alınıb.
Bu gün saat 16:00 radələrində Ağdam rayonunun Mərzili istiqamətindəki mövqelərimiz toplardan atəşə tutulub. Zərərçəkən olmayıb. Digər bölgələrdə gün ərzində nisbi sakitlik olmuşdur.