Ötən gecə ərzində cəbhədə gedən döyüşlər əsasən yerli əhəmiyyət kəsb edib. Düşmənin bütün hücum cəhdləri döyüşçülərimiz tərəfindən mərdliklə dəf olunur. Azərbaycan SQ-nin bölmələri erməni işğalçılarının mövqelərinə tutarlı zərbələr endiriblər.
Yanvarın 30-da saat 22:30 radələrində Şavarşavan yolu ilə hərəkət edən düşmənin 6 hərbi maşından ibarət karvanı topçularımızın atəşindən sonra geri dönməyə məcbur olub.
Keçən gecə Tovuzun Ağdam, Cəbrayıl rayonunun Süleymanlı və Qışlaq kəndləri düşmən tərəfindən ara-sıra atəşə tutulub. İtki yoxdur.
Digər cəbhə bölgələrində sakitlik olub.