Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər ərzində cəbhədə gedən döyüşlər əsasən yerli əhəmiyyət kəsb edir. Azərbaycan SQ-nin bölmələri erməni işğalçılarının mövqelərinə tutarlı zərbələr endirərək düşmənin bütün hücum cəhdlərini mərdliklə dəf ediblər. Yanvarın 30-da saat 22:30 radələrində Qazax rayonunun sərhədindəki Şavarşavan yolu ilə hərəkət edən düşmənin 6 hərbi maşından ibarət karvanı topçularımızın atəşindən sonra geri dönməyə məcbur olub.
Ötən gecə Tovuzun Ağdam, Cəbrayıl rayonunun Süleymanlı və Qışlaq kəndləri, Naxçıvan MR-nın Kilit məntəqəsi yüngül silahlardan ara-sıra atəşə tutulub. Zərərçəkən olmayıb.
Bu gün yanvarın 31-də bütün bölgələrdə nisbi sakitlik olub.