AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Son bir neçə günlərin qanlı döyüşlərindən sonra dünən gecə və bu gün səhər cəbhədə nisbi sakitlik olub, əməliyyat şəraitində ciddi dəyişikliklər baş verməyib. Dünən axşam saat 21:15-dən 22:10-adək Köhnəqışlaq kəndi istiqaməti və Qızılqaya sahəsindəki mövqelərimiz Ermənistan tərəfdən PDM-lərdən atəşə tutulub. Dağıntı və itkilər yoxdur.
Cəbhənin digər sahələrində gecə və səhər nisbətən sakit keçib.