AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 18-də cəbhədə vəziyyət gərgin olaraq qalıb. Ağdərə bölgəsində ağır döyüşlər aparan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ketavan-Drmbon hüdudlarında erməni birləşmələrinin irəliləyişinin qarşısını ala biliblər. Cəbhənin bu bölgəsində gərgin döyüşlər gedir.
Ağdam cəbhəsindəki Xramort kəndi istiqamətində fevralın 17-si səhərdən başlayan döyüşlər bu gün də davam edib.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.