AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 17-də və fevralın 18-nə keçən gecə cəbhədə vəziyyət gərgin olaraq qalıb. Düşmənin Mehmanə kəndinə hücumu döyüşçülərimiz tərəfindən dəf edilib. Ağdam cəbhəsindəki Xramort kəndi istiqamətində ağır döyüşlər davam edir.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.