Fevralın 17-də cəbhə xəttində vəziyyət daha kəskin xarakter alıb.
Dünən axşam erməni birləşmələri Ağdərə bölgəsinin Drmbon və Ketavan məntəqələrini yenidən işğal ediblər. Hazırda əsgərlərimiz bu kəndlər istiqamətində ağır döyüşlər aparırlar.
Bu gün Ağdam bölgəsində də vəziyyət gərginləşib. Düşmən səhər tezdən başlayaraq Ağdam rayon mərkəzini və cəbhə xəttinə yaxın kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutub. Hazırda Xramort kəndi istiqamətində döyüşlər gedir.
Ötən gecə Gədəbəy bölgəsinin bəzi sərhəd məntəqələri Ermənistan ərazisindən avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.