Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 17-nə keçən gecə Qarabağın şimalında əməliyyat şəraiti daha da kəskinləşib. Erməni birləşmələri xeyli canlı qüvvə toplayaraq, zirehli texnikanın köməyi ilə Ağdərə istiqamətində təzyiqi xeyli artırıblar. Düşmən qüvvələri Ketavan kəndini yenidən işğal ediblər.
Bu gecə döyüşçülərimiz Drmbon kəndi ətrafındakı mövqelərini tərk etməyə məcbur olsalar da, həmin məntəqədən şimalda düşmənin hücumunu saxlamağa müvəffəq olublar. Hazırda şiddətli döyüşlər davam edir.
Ötən gecə Gədəbəy bölgəsinin bəzi sərhəd məntəqələri Ermənistan ərazisindən avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.