Fevralın 16-na keçən gecə və gündüz Ağdərə bölgəsində döyüşlər daha da şiddətlənib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ağır döyüşlər apararaq Qozlu Körpü (Ketavan) kəndi ətrafında düşmənin hücumunu saxlamağa müvəffəq olublar.
Bu gün saat 13 radələrində ermənilər tankların köməyilə Drmbon istiqamətində hücuma keçiblər. Hazırda şiddətli döyüşlər davam edir.
Fevralın 16-da Ağdərə şəhərinin ətrafı uzaqvuran artilleriya qurğularından atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.