Qarabağın şimalında vəziyyət yenidən gərginləşib. Fevralın 12-də saat 17 radələrində düşmən zirehli texnikanın köməyilə hücuma keçərək Qozlu kəndini işğal edib. Silahlı Qüvvələrimizin bölmələri keçmiş Ağdərə rayonunun Qızılqaya, Yuxarı Orataq, Yayıçı və Dəvədaşı kəndlərini tərk etməyə məcbur olublar.
Müdafiə Nazirliyinin əldə etdiyi məlumata görə düşmənin bu hücumunda Rusiya ordusunun Ermənistan ərazisindən bu bölgəyə gətirilmiş 128-ci alayının zabit və əsgərləri, eyni zamanda yüksək hazırlıqlı kazak dəstələri iştirak edirlər.
Hazırda cəbhənin bu hissəsində ağır döyüşlər davam edir.
Digər münaqişə bölgələrində gün ərzində sakitlik olub.