AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qarabağın şimalında vəziyyət yenə də gərginləşib. Düşmənin bütün cəbhə boyu hücuma keçməsi nəticəsində keçmiş Ağdərə rayonunun bəzi məntəqələrinin işğal olunması təhlükəsi yaranmışdır.
Müdafiə Nazirliyinin əldə etdiyi məlumata görə düşmənin bu hücumunda Rusiya ordusunun Ermənistan ərazisindən bu bölgəyə gətirilmiş 128-ci alayının zabit və əsgərləri, eyni zamanda yüksək hazırlıqlı kazak dəstələri iştirak edirlər.
Hazırda cəbhənin bu bölgəsində ağır döyüşlər davam edir.