Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 12-nə keçən gecə və gündüz cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib. Qarabağın şimalında döyüşlər məhəlli xarakter alıb.
Xocavənd rayonu ərazisindəki Nərgiztəpə mövqelərindən geri çəkilən döyüşçülərimiz artilleriya zərbəsi ilə ermənilərin həmin yüksəklikdə möhkəmlənməsinə imkan verməyiblər. Dünən 21 radələrində ermənilərin Qaraçuq istiqamətindən bu mövqelərə daha bir hücum cəhdi əsgərlərimiz tərəfindən dəf olunub.
Fevralın 11-də axşam Qazax rayonunun qonşu respublika ilə sərhədində ermənilərin silah və sursat daşıyan yük avtomobili minaya düşərək içindəkilərlə birlikdə yanıb.
Fevralın 12-nə keçən gecə Ağdam rayonunun Mərzili kəndi Qarakənd istiqamətindən, Zəngilanın Şayıflı və Otuzuncu məntəqələri Ermənistan ərazisindən atəşə tutulub.
Digər münaqişə bölgələrində sakitlik olub.