Qüvvələrimizi parçalamağa çalışan düşmən fevralın 9-da ayrı-ayrı bölgələrdə vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Milli Ordumuzun bölmələri bütün hallarda düşmənə sinə gərib, onun niyyətini puça çıxarıblar. Dünən saat 17 radələrində Ermənistan ordusu vertolyotların köməyi ilə Kəlbəcər rayonunun Zəylik məntəqəsi yaxınlığında dövlət sərhədimizi pozub. Vaxtında görülən tədbirlər nəticəsində saat 19-a yaxın düşmən sərhədlərimizdən xeyli kənara atılıb.
Strateji əhəmiyyətli Ağdərə-Kəlbəcər yolunda təxribat törətmək məqsədilə göndərilmiş ermənilərin xüsusi quldur dəstəsi əsgərlərimizin sayıqlığı nəticəsində vaxtında üzə çıxarılıb, tamamilə darmadağın edilib.
Torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim mübarizəsinə qalxan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu qanlı döyüşlər aparırlar.