Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son 2 gündə xeyli qüvvə toplayan Ermənistan ordusu ağır artilleriya və zirehli texnikanın köməyilə Silahlı Qüvvələrimizin Qarabağın şimalındakı ön müdafiə xəttini yarmağa müvəffəq olub. Düşmənlə qanlı döyüşlər aparan bölmələrimiz Ağdərə bölgəsinin bir sıra məntəqələrini tərk etmək məcburiyyəti qarşısında qalıblar. Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən düşməni geri oturtmaq və itirilmiş mövqeləri qaytarmaq məqsədilə zəruri tədbirlər planı həyata keçirilir. Hazırda ağır döyüşlər davam edir. Cəbhənin bu hissəsindəki vəziyyət barədə sizə əlavə məlumat çatdırılacaq.