AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qısa müddətli sakitlikdən sonra əməliyyat şəraiti xeyli gərginləşmişdir. Fevralın 5-i və 6-na keçən gecə güclü artilleriya hazırlığından sonra düşmən Ağdərə istiqamətində hücuma keçmişdir. Hissələrimiz ağır döyüşlər apararaq Sırxavənd kəndini tərk etməyə məcbur olmuşlar. Çıldıran istiqamətində gərgin döyüşlər gedir.
Fevralın 6-na keçən gecə və bu gün səhər Tovuzun Ağdam, Qazaxın Fərəhli, Gədəbəyin Novoivanovka kəndləri Ermənistan ərazisindən atəşə tutulmuşdur.