Ötən gecə və bu gün səhər cəbhə xəttində nisbi sakitlik olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri öz mövqelərində möhkəmlənməkdə davam edirlər.
1992-ci il may ayının 31-dən Azərbaycan Respublikası “Adi silahların azaldılması” haqda ATƏM sənədini imzalamış dövlətlər sırasına qoşulub. Keçən il ərzində respublikamıza gələn bir neçə təftiş qrupu Milli Ordunun hərbi hissələrində olmuşlar.
Əldə edilmiş razılığa əsasən bu il yanvarın 26-dan 28-dək respublikamıza Fransanın mütəxəssislər qrupu gəlmiş və onlara təftiş üçün nəzərdə tutulan hərbi hissələrdə olmaq şəraiti yaradılmışdır.