Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər cəbhə xəttində əsaslı dəyişikliklər baş verməyib. Döyüş əməliyyatlarının hər iki tərəfdən məhdudlaşdırılmasına baxmayaraq ümumi gərginlik qalmaqdadır. Azərbaycan Ordusunun bölmələri tutduğu mövqelərdə möhkəmlənərək əməliyyat şəraitinə tam nəzarət edirlər.
Respublikamızın şimal-qərb sərhədlərində düşmən ötən gecə sakitliyi pozub. Fevralın 1-nə keçən gecə Qazaxın Fərəhli kəndinə Ermənistanın Şavarşavan kəndi səmtindən qumbaraatanlardan mərmilər atılıb. Eyni vaxtda Gədəbəy rayonunun İsgəndər qalası deyilən sahədə mövqelərimiz Keçəldağ istiqamətindən iriçaplı pulemyotlardan atəşə tutulub. Hər iki halda dağıntı və zərərçəkənlər olmayıb.
Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl bölgələrində ötən gecə ərzində əsasən sakitlik olub.