AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 12-də və 13-nə keçən gecə Ağdərə bölgəsində döyüşlər davam edib. Ara verməyən bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə ətrafındakı vəziyyətə tam nəzarət edirlər.
Dünən martın 12-də Qazaxın Şıxlı, Ağstafanın Köhnəqışlaq kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Köhnəqışlaq kəndində bir qadın yaralanıb.
Cəbhə xəttinin qalan sahələrində nisbi sakitlikdir.