AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 6-na keçən gecə Ağdərə cəbhəsində gərgin döyüşlər davam edib. Əməliyyat şəraitində dəyişiklik olmayıb.
Ötən gecə Qazaxın Fərəhli, Ağstafanın Köhnə Qışlaq, Tovuzun Ağdam kəndləri və Gədəbəy rayonunun sərhədindəki mövqelərimiz Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Dağıntı və zərərçəkən olmayıb.
Digər cəbhə bölgələrində gecə sakit keçib.