AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 3-də Sərsəng su bəndi ətrafında döyüşlər qaranlıq düşənə qədər davam edib. Gecə Ağdərə bölgəsindəki bütün döyüş mövqelərində əsasən sakitlik olub.
Martın 4-də gecə saat 2-dən başlayaraq erməni birləşmələri Qaraçuq dağı istiqamətindən Xocavənd rayonu ərazisindəki mövqelərimizə hücuma keçiblər. Milli Ordumuzun əsgərləri səhər saat 7-yə yaxın hücumu dəf edib, düşməni geri çəkilməyə məcbur ediblər.
Digər cəbhə bölgələrində gecə sakit keçib.