AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 3-də Sərsəng su bəndi ətrafında gərgin döyüşlər davam etsə də, Ağdərə bölgəsində əməliyyat şəraitində nəzərə çarpacaq dəyişiklik olmayıb.
Dünən axşamüstü Füzuli ərazisində yerləşən Məlikdağ istiqamətindəki mövqelərimiz topa tutulub.
Ötən gecə Tovuz rayonunun Düz-Cırdaxan kəndi Ermənistan ərazisindən “Qrad” qurğularından atəşə tutulub. Kənd sakinlərindən 3 nəfər azyaşlı uşaq bu vəhşiliyin qurbanı olub.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.