AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ağdərə bölgəsində döyüşlər ara vermir. Martın 2-nə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri erməni işğalçı qüvvələrinin Sərsəng su bəndi istiqamətindəki növbəti hücumunu dəf ediblər. Döyüş zamanı düşmənin xeyli canlı qüvvəsi məhv edilib.
Ötən gecə Gədəbəyin sərhəd gözətçi məntəqələri, Tovuz rayonunun isə Əlibəyli və Ağdam kəndləri Ermənistan ərazisindən tank, top və “Qrad” qurğularından atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Digər münaqişə bölgələrində gecə sakit keçib.