Ağdərə bölgəsində döyüşlər ara vermir. Martın 2-nə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri erməni işğalçı qüvvələrinin Sərsəng su bəndi istiqamətindəki növbəti hücumunu dəf ediblər. Döyüş zamanı düşmənin xeyli canlı qüvvəsi məhv edilib.
Sutka ərzində Gədəbəy və Ağstafa rayonlarının sərhəd gözətçi məntəqələri, Tovuz rayonunun isə Əlibəyli və Ağdam kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.