Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Mart 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 1-nə keçən gecə Ağdərə bölgəsində döyüşlər davam edib. Sərsəng bəndi ətrafındakı gecə döyüşlərində əsgərlərimiz ermənilərin bir tankını məhv ediblər. Bəndə nəzarət edən Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf ediblər.
Ötən gecə Gədəbəyin Qasımağalı, Tovuz rayonunun Əlibəyli, Ağdam, Hacalı, Bozalqanlı kəndləri və rayon mərkəzi Ermənistan ərazisindən tank, top və ”Qrad” qurğularından atəşə tutulub. Əlibəyli kəndində dörd nəfər yaralanıb.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.