Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə düşmən yenidən dövlət sərhədlərimizi pozaraq, Gədəbəy rayonu ərazisinə soxulub. Saat 24:00-dan 05:00-dək Hayqedzor istiqamətindən Şınıx zonasının Qaravəllər kəndi hücuma məruz qalıb. Döyüşçülərimiz düşməni geri çəkilməyə məcbur ediblər. Saat 03:00-dan başlayaraq Başkənd aşırımında da döyüşlər gedir. Saat 08:00-da döyüş hələ də davam edirdi.
Dünən saat 17:15 radələrində düşmən zəbt etdiyi Divanallar kəndi istiqamətindən Yuxarı Yağlıvənd kəndini topa tutub. İki əsgərimiz həlak olub. Saat 21:00 radələrində isə Qırmızıbazar istiqamətindən Dilağarda kəndi tanklardan atəşə tutulub.
Gecə saat 03:15 radələrində Qafan rayonu ərazisində yerləşən Sav, Kilsə və Çəvədin məntəqələrindən Zəngilan rayonunun Razdərə, Kolluqışlaq, Şayıflı və Məşhədi İsmayıl kəndləri tank və top atəşinə tutulub.