Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Silahlı Qüvvələrimizin bölmələri Gülüstan kəndi ətrafının düşməndən təmizlənməsi əməliyyatını davam etdirirlər. Dünən mayın 2-də bu istiqamətdəki döyüşlərdə əsgərlərimiz ermənilərin 2 döyüş maşınını məhv ediblər.
Dövlət sərhədimizin Qarabağla əlaqəsi olmayan sahələrində gərginlik qalmaqdadır. Mayın 3-nə keçən gecə Tovuz rayonunun Əlibəyli, Zəngilanın Keçikli, Razdərə, Kolluqışlaq, Məşədi İsmayıllı kəndləri və Gədəbəy rayonunun sərhəd gözətçi məntəqələri Ermənistan ərazisindən artilleriya qurğularından və atıcı silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.