Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 5-nə keçən gecə Füzuli cəbhəsində vəziyyət xeyli gərginləşib. Ermənistan ordusu bölmələri zirehli texnikanın köməyi ilə hücuma keçərək Gövşadlı kəndini və şəhər yaxınlığındakı Məngələnata yüksəkliyini ələ keçirmişlər. Düşmən yaxın məsafədən Füzuli şəhərini və ətraf kəndləri bir neçə saat ərzində müxtəlif növ silahlardan atəşə tutub. Şəhərdə dağıntılar var. Füzuli şəhəri və rayonu yaranmış təcavüzdən qurtarmaq üçün bu gün səhərdən başlayaraq döyüşçülərimiz əks-hücum əməliyyatları keçirərək düşməni strateji əhəmiyyətli Məngələnata yüksəkliyindən vurub çıxarmışlar. Hazırda bu istiqamətdə döyüşlər davam edir.