AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Kəlbəcər bölgəsinin işğalından sonra bu istiqamətdə döyüşlər Murovdağ silsiləsinin yüksəklikləri uğrunda gedir. Füzuli bölgəsində də gərgin döyüşlər davam edir. Döyüşçülərimiz düşməni bir qədər də geri atmağa müvəffəq olublar.
Dünən, aprelin 6-da saat 09:00 radələrində düşmən Laçın rayonunun cənubunda yerləşən Səfiyan və Fərəcan kəndləri üzərinə hücuma keçiblər. Şiddətli döyüşlərdən sonra ermənilərin hücumu dəf edilib. Düşmən xeyli itki verərək geri çəkilib.
Aprelin 7-nə keçən gecə Qazax və Kəlbəcər rayonlarının sərhəd məntəqələri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulublar.