Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 14-də Füzuli bölgəsindəki Qızılqaya və Hadrut səmtindəki Şişqaya istiqamətində günortayadək döyüş gedib. Şişqaya ətrafında ermənilərin 3 tankı və 2 pulemyot atəş nöqtəsi məhv edilib. Hər iki istiqamətdə düşmən canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalıb.
Döyüşçülərimiz ermənilərin Kasapet və Dəmirli istiqamətlərindən hücumlarını dəf ediblər. Maqavuz kəndi ordumuzun nəzarəti altındadır.
Ermənilər Gülüstan kəndinə basqın ediblər. Gərgin döyüşdən sonra düşmən geri oturdulub.
Qazaxın Kəmərli və Qaymaqlı kəndləri, Zəngilanın Şayıflı və Kolluqışlaq məntəqələri pulemyotlardan atəşə tutulub. Zərərçəkən olmayıb.