AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Son gün ərzində cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib. Əsas döyüşlər Murovdağın aşırımında gedir. Buradakı döyüşçülərimiz erməni hərbi birləşmələrinə zərbələr endirirlər. Ağdərə bölgəsindəki qüvvələrimiz dünən, aprelin 17-də düşmənin 1 vertolyotunu məhv ediblər.
Dünən Zəngilan bölgəsində vəziyyət yenidən gərginləşib. Ermənistan ordusunun bölmələri günortadan sonra 3 istiqamətdə hücuma keçməyə cəhd ediblər. Döyüşçülərimiz bu hücumun qarşısını almaq üçün zəruri tədbirlər görüblər.
Erməni işğalçıları digər sərhəd bölgələrimizdə də vəziyyəti gərginləşdirməyə çalışırlar. Dünən, aprelin 17-də Gədəbəydəki sərhəd məntəqələrimiz, aprelin 18-nə keçən gecə isə Ağstafanın Köhnə-Qışlaq kəndi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.