Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni işğalçıları azərbaycanın yeni torpaqlarını zəbt etmək niyyətlərindən əl çəkmirlər. Dünən səhər tezdən düşmən böyük qüvvə ilə Murovdağ aşırımı istiqamətində hücuma keçiblər. Bu hücumun qarşısını alan döyüşçülərimiz düşmənin 3 PDM-ni və xeyli canlı qüvvəsini məhv ediblər. Dünən, aprelin 19-da Tovuz rayonunun  Əsrik, Cırdaxan, Ağbulaq kəndləri, aprelin 20-nə keçən gecə Kəlbəcərin sərhəd postları, Naxçıvan MR-sı Batabat sahəsi və Şahbuz rayonunun Salvartı kəndi müxtəlif təyinatlı silahlardan atəşə tutulub.