Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan ordusunun bölmələri yeni əraziləri zəbt  etmək üçün təxribatçı qruplardan da istifadə edirlər. Bir neçə gün əvvəl Gülüstan kəndi yaxınlığında ermənilərin 1 vertolyotu vurulmuşdu. Bu hadisədən bir qədər sonra düşmənin vertolyotla gedən yeni bir təxribat qrupu Gülüstan kəndinə hücum edərək onu zəbt etməyə müvəffəq olmuşdu. Döyüşçülərimiz cavab tədbirləri nəticəsində erməniləri kənddən çıxarıblar. Hazırda kəndin ətrafının təmizlənməsi əməliyyatı aparılır.
Dünən, aprelin 20-də Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətindən Murovdağda yerləşən mövqelərimizə hücum ediblər. Düşmənin bu hücumunu dəf edən döyüşçülərimiz ermənilərin 1 PDM-ni sıradan çıxarıblar.
Aprelin 20-də Xocavənd rayonu istiqamətində yerləşən mövqelərimiz Qızıl-Qaya tərəfdən, Zəngilanın Kollu-Qışlaq və Şayıflı kəndləri, Gədəbəydəki sərhəd postlarımız Ermənistan ərazisindən atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.