Aprelin 23-ü və aprelin 24-nə keçən gecə cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib. Bu gün səhər tezdən erməni silahlı dəstələri Murovdağda yerləşən mövqelərimiz üzərinə hücuma keçməyə cəhd göstəriblər. Döyüşçülərimizin əks-tədbirləri nəticəsində düşmən geri oturdulub.
Dünən, aprelin 23-ü səhər Zəngilan rayonunun Şayıflı kəndindəki mövqelərimiz avtomat və pulemyotlardan atəşə tutulub. Bundan bir qədər sonra ermənilər “QRAD” qurğuları vasitəsilə rayon mərkəzini və Tiri kəndini, habelə qonşu İran dövlətinin ərazisini atəşə tutublar.