Dünən günün ikinci yarısında erməni qüvvələrinin Ağdam ətrafında fəallığı artıb. Saat 16:00-dan sonra düşmən 4 tank, 2 PDM və 300-ə qədər piyadaların köməyilə Göytəpə istiqamətində mövqelərimizə hücuma keçərək, bu səmtdə cəbhə xəttini yarmağa səy göstərib. İki saatdan artıq davam edən gərgin döyüş nəticəsində düşmənin qarşısı alınıb.
Artıq bir neçə gündür ki, Qazax və Ağstafa rayonlarının sərhəd yaşayış məntəqələri müntəzəm olaraq Ermənistan ərazisindən atəşə tutulur. İyulun 30-na keçən gecə Ağstafanın Tatlı kəndi, bu gün saat 13 radələrində isə Qazaxın Qaymaqlı kəndi müxtəlif növ silahlardan atəşə məruz qalıb.