Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Füzuli-Cəbrayıl bölgəsində vəziyyət gərgin olaraq qalır. İyulun 28-nə keçən gecə saat 02:30-dan başlayaraq Ermənistan ordusu bölmələri ələ keçirdikləri Məngələnata və Baxtıç yüksəkliklərindən Füzuli şəhərinin ətrafında yerləşən mövqelərimizə hücuma keçiblər. Saat 06:00-a qədər davam edən döyüşdə düşmən hücumunun qarşısı alınıb və o, geri oturdulub.
İyulun 28-nə keçən gecə və bu gün ərzində Cəbrayıl rayonunun Quşçular kəndindəki mövqelərimiz Hadrut istiqamətindən tanklardan müntəzəm olaraq atəşə tutulub.