Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Respublikanın Ermənistanla sərhəd bölgələrində vəziyyət xeyli gərginləşib. Dünən, iyulun 26-da saat 20 radələrində Ermənistan silahlı qüvvələrinin hissələri Zəngilan rayonunun Yuxarı Yeməzli kəndinə hücuma keçib və Şayıflı kəndindəki mövqelərimizi atəşə tutub. Cavab tədbirləri ilə düşmən geri oturdulub. Ötən gecə erməni işğalçıları Qazax rayonunun Ballıqaya, Ağstafanın Köhnəqışlaq və Ordubadın Kilid gözətçi məntəqələri Ermənistan ərazisindəki hərbi bazalardan müxtəlif növ silahlardan intensiv atəşə tutublar. İyulun 27-nə keçən gecə ermənilər son günlər işğal etdikləri Füzuli rayonunun Zərgər kəndi istiqamətindən ordumuzun bölgədəki mövqelərini tank və PDM-lərdən atəşə tutub.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.