Cəbhə xəttində vəziyyət ağır olaraq qalır. Ermənistan ordusunun bölmələri Ağdam və onun ətrafında yeni mövqelər qururlar. Şəhər tikililəri düşmən tərəfindən vəhşicəsinə yandırılır.
Bu gün erməni qoşunlarının Füzuli istiqamətinə hücumu genişlənib. Şəhər ağır artilleriya qurğularınadn və zirehli texnikalardan intensiv atəşə tutulur. Döyüşlər şəhərin yaxınlığında gedir.
Xüsusi təlim almış canlı qüvvə və xeyli miqdarda zirehli texnikaya malik olan Ermənistan ordusunun bölmələrinin bütün cəbhə boyu genişmiqyaslı hücum əməliyyatları davam edir. Goranboy, Tərtər və Cəbrayıl rayonlarındakı mövqelərimiz də düşmən tərəfindən atəşə tutulur və hücumlara məruz qalır.