Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bu gün səhər tezdən Ermənistan ordusu bölmələri Ağdama növbəti geniş hücuma keçiblər. Saat 06:00-dan başlayaraq Ağdam şəhəri və onun ətrafındakı mövqelərimiz güclü raket-artilleriya atəşinə tutulub. Düşmən tanklardan və digər zirehli texnikalardan istifadə edərək saat 08:30-da üç istiqamətdən hücuma başlayıb. Artıq günorta çağı düşmən qüvvələri Ağdamın cənubunda yerləşən Muğanlı və Şıxbabalı kəndlərini zəbt edib. Eyni zamanda digər istiqamətlərdə güclü təzyiqə baxmayaraq düşmənə müdafiə qüvvələrimizi yarıb, Ağdamın mərkəzinə doğru irəliləmək müəssər olmayıb. Səhərdən başlayaraq Çuxurməhlə, Əhmədavar və Mərzili kəndlərində şiddətli döyüşlər davam edir. Hazırda Ağdamın mərkəzi işğal edilmiş ətraf kəndlərdən top və “Qrad” qurğularından atəşə tutulur. Şəhərdə çoxlu dağıntılar var. Təlafat haqqında məlumat dəqiqləşdirilir.
Ermənilər Respublikanın sərhədində də gərginliyi saxlamağa çalışırlar. Srağagün axşam Zəngilan rayonunun Sobu kəndi istiqamətində sərhədimizi pozmağa cəhd edən Ermənistan silahlı qüvvələri bu gün yenidən həmin istiqamətdə yerləşən Qızıldaş məntəqəsini atəşə tutublar.