AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dünən axşam Cəbrayıl rayonunun Quşçular məntəqəsi top, minaatan və pulemyotlardan fasilələrlə atəşə tutulub. Bu gün gündüz Füzuli rayonunun ermənilər işğal etdiyi Qoçəhmədli kəndi ətrafında atışmalar olub. Axşama yaxın isə yenidən Cəbrayıl rayonunun Süleymanlı kəndi atəşə tutulub, nəticədə taxıl zəmisi yanıb.
Digər döyüş bölgələrində ötən gecə və bu gün ərzində dəyişiklik baş verməyib, nisbi sakitlikdir.