Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Son günlər cəbhə xəttində əsasən artilleriya atışması qeydə alınır. Düşmən bir qayda olaraq zəbt edilmiş kəndlərdəki evləri yandırmaq və yaşayış məntəqələrini atəşə tutmaqla məşğul olur.
Dünən, iyulun 16-da Cəbrayıl istiqamətindəki Quşçular kəndi ermənilər tərəfindən ələ keçirilən Günəşli və Gorazıllı kəndləri səmtindən toplardan və minaatanlardan atəşə tutulub.
Dünən səhərdən başlayaraq günortayadək Qazax rayonunun Balıqaya sahəsində yerləşən mövqelərimiz avtomat və pulemyotlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Erməni işğalçıları Ağdərə bölgəsinin Azərbaycan ordusunun nəzarəti altında qalan hissəsini də ələ keçirməyə çalışırlar. İyulun 16-da axşam düşmən qüvvələri Madagiz istiqamətindən Levonarx kəndi üzərinə hücuma keçməyə cəhd göstəriblər. Düşmənin bu hücumunun qarşısı alınıb.
Dünən Ağdam cəbhəsində də döyüşlər aparılıb.