Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Minsk konfransının sədri c-b M.Rafaellinin başçılıq etdiyi ATƏM nümayəndə qrupunun münaqişə bölgələrindən ayrılmasından dərhal sonra Ermənistan ordusu hissələri şəhər və kəndlərimizin atəşə tutulmasını daha da gücləndirmişlər.
Dünən axşam düşmən, Füzuli rayonunun işğal edilmiş Divanallar kəndi istiqamətindən Yuxarı Yağlıvənd kəndindəki mövqelərimizi tanklardan atəşə tutub. Eyni zamanda Ağdam şəhəri də yenidən raket atəşinə tutulub.
Dünən axşam və iyulun 15-nə keçən gecə Cəbrayıl rayonunun Quşçular, Qaraçallı kəndləri və Armudlu gözətçi məntəqəsi erməni mövqelərindən toplardan və tanklardan atəşə tutulub. İyulun 15-i gün ərzində Cəbrayıl rayonu kəndlərinin müxtəlif növ silahlardan atəşə tutulması davam edib. İşğal edilmiş Günəşli kəndində yerləşən düşmənin atəş nöqtələrini susdurmaq üçün döyüşçülərimiz cavab atəşi açırlar.