Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bu günlərdə Minsk konfransının sədri c-b M.Rafaellinin başçılıq etdiyi ATƏM-in işçi qrupunun münaqişə bölgələrində olması döyüş əməliyyatlarının gedişinə əsaslı təsir göstərə bilmədi. Ermənistan ordusu hissələri hətta Avropa nümayəndələrinin regiona gəlməsinə məhəl qoymayaraq əməliyyat şəraitini gərginləşdirməkdə davam ediblər.
Dünən saat 19:00 radələrində erməni artilleriyası Tərtər şəhərini atəşə tutub. Gecə yarısına yaxın Gədəbəyin Mormor kəndi Ermənistan ərazisindən atəşə tutulub. Cəbrayıl rayonunun Quşçular, Qışlaq və Süleymanlı kəndləri isə bütün gecə ərzində və bu gün səhər fasilələrlə toplardan, minaatanlardan və pulemyotlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.