Erməni tərəfinin günahı üzündən M.Rafaellinin başçılıq etdiyi ATƏM-in işçi qrupu öz marşrutlarını dəyişməyə məcbur olmuşlar. Yolun minalandığına istinad edən erməni rəhbərliyi, bu işçi qrupun Ağdamdan Xankəndiyə getmək imkanlarını heçə endirmişdir. Həmçinin nümayəndə heyətinin Ağdamda olduğu müddətdə ermənilər bir neçə dəfə bu yüksək səviyyəli məclisdə planlaşdırılmış sülh məramnaməsini pozmağa çalışmışlar.
İyulun 12-dən saat 00:00-dan başlayaraq atəşin dayandırılması haqda əldə edilmiş qarşılıqlı razılığa məhəl qoymayan erməni tərəfi bu gündə mövqelərimizi atəşə tutmaqda davam ediblər. Cəbhənin şimal və cənub bölgələrindəki mövqelərimiz düşmənlər tərəfdən fasilələrlə müxtəlif təyinatlı silahlardan atəşə tutulub.