Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Artıq üçüncü gündür ki, cəbhədə vəziyyət sabitləşib. Dünən axşam Cəbrayıl istiqamətində yerləşən Sirik kəndinin ara-sıra atıcı silahlardan atəşə tutulmasından savayı cəbhə xəttində heç bir hadisə baş verməyib. C-b M.Rafaellinin başçılıq etdiyi nümayəndə heyətinin döyüş bölgələrinə gəlməsi ilə əlaqədar Milli Ordusunun bölmələri düşmənə yalnız cavab atəşi açırlar.
Yaranmış müvəqqəti sakitlikdən Ermənistan ordusu Qarabağın şərq və şimal bölgələrində yerləşən qoşunlarını canlı qüvvə, zirehli texnika və döyüş sursatı sarıdan dəstək verməsi üçün istifadə edir.