Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə və bu gün əməliyyat şəraitində əsaslı dəyişiklik baş verməyib. Ağdamın Şelli və Cəbrayılın Quşçular kəndləri ətrafında mövqe döyüşləri olub. Cəbhə bölgələrindən alınan məlumata görə, Ermənistan ordusu bölmələri Ağdam ətrafında və Qarabağın şimalında yerdəyişmə aparır, əlavə canlı qüvvə və döyüş sursatı ilə təmin olunurlar.
İyulun 10-na keçən gecə Tərtər istiqamətində düşmənin təxribatçı kəşfiyyat qrupu cəbhə xəttini keçməyə cəhd göstərib. Döyüşçülərimiz ermənilərin birini məhv edib və üçünü yaralayaraq, kəşfiyyatçıları geri qaçmağa məcbur ediblər.