Son iki gündə döyüş bölgələrindəki əməliyyat şəraiti əsasən dəyişməyib. Dünən axşam cəbhənin cənub sahəsində vəziyyət bir qədər gərginləşib. Saat 17:30 radələrində Füzuli şəhəri işğal edilmiş Qacar kəndi tərəfdən toplardan və zirehli texnikalardan atəşə məruz qalıb. Eyni vaxtda Cəbrayıl istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Ağdam ətrafında yaranan təhlükənin bir qədər sovuşmasına baxmayaraq burada vəziyyət gərgin olaraq qalır. Erməni qoşunları son iki həftədə Ağdam ətrafında tutduqları mövqelərdə möhkəmlənirlər. Burada düşmən qüvvəsinin cəmləşməsi müşahidə olunur.