Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələri yaranmış vəziyyətdən istifadə edərək öz hücum əməliyyatlarını genişləndirməyə can atırlar. Ağdam cəbhəsindəki döyüşlər bir qədər səngisə də, vəziyyət son dərəcə ağır olaraq qalır. Rayonun işğal edilmiş Boyəhmədli kəndinə düşmənin əlavə qüvvə gətirməsi müşahidə olunur. Bu isə onların Ağdam şəhəri üzərinə hücum etmək ehtimalını artırır.
Dünən səhərdən başlanan və Gədəbəyin Ermənistanla sərhəddə yerləşən yüksəklikləri uğrunda gedən döyüşlər bütün gün ərzində davam edib. Döyüşçülərimizin əks-zərbələri nəticəsində düşmən ələ keçirdiyi iki yüksəklikdən geri çəkilməyə məcbur olub. Ermənilərin 2 topu, 2 texnikası və xeyli canlı qüvvəsi məhv edilib. Biz tərəfdən ölən və yaralananlar var. Ötən gecə düşmən yenidən buradakı məntəqələrimizi atəşə tutmağa başlayıb.