İyunun 26-na keçən gecə Ağdam və Ağdərə bölgələrində vəziyyət daha da gərginləşib. Düşmən Ermənistan ərazisindən cəbhənin bu istiqamətinə topladığı əlavə zirehli texnika və canlı qüvvədən istifadə edərək bu gün iyunun 26-da saat 6-dan başlayaraq bir neçə istiqamətdə Ağdam üzərinə hücuma keçmişdir. Saat 10 radələrində rayonun Boyəhmədli yaşayış məntəqəsi ermənilər tərəfindən işğal edilib, Papravənd yaxınlığında isə döyüşçülərimiz ağır müdafiə döyüşləri aparırlar.
Təqribən eyni vaxtda güclü artilleriya hazırlığından sonra düşmən işğal olunmuş Maqavuz, Meçşen, Akop-Kamari və Möhrətaq kəndləri səmtindən Ağdərə şəhərinə hücuma keçmişdir. Saat 10 radələrində ermənilər rayon mərkəzinə doğru 2 km irəliləmişlər.
Hazırda cəbhənin Ağdam-Ağdərə hissəsində qanlı döyüşlər gedir.