Ağdam bölgəsində vəziyyət gərgin olaraq qalır. Dünən iyunun 21-də bütün gün ərzində rayonun Əliəhmədli və Boyəhmədli kəndləri ətrafında döyüşlər gedib. İyunun 22-nə keçən gecə ermənilər Şelli və Mərzili kəndlərinə, habelə Çobandağ yüksəkliyinə hücum etməyə cəhd göstəriblər. Topçularımızın atəşi nəticəsində düşmən geri oturdulub. Eyni zamanda, ermənilərin Şahbulaq istiqamətindəki hücumu da dəf edilib.
Düşmən Füzuli istiqamətində də vəziyyəti gərginləşdirməyə çalışır. Dünən saat 14-16 radələrində rayonun Yağlıvənd və Aşağı Veysəlli kəndləri toplardan və PDM-lərdən atəşə tutulub. Ötən gecə isə rayondakı bəzi mövqelərimiz yenidən atəşə tutulub.